“Atletiko” vahid lider oldu

31 Dekabr 2020 09:27 (UTC+04:00)

İspaniya La Liqasında XVI turun növbəti oyunları keçirilib.

AzNews.az xəbər verir ki, turnir cədvəlinin lideri Madridin “Atletiko” klubu öz meydanında “Xetafe”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Luis Suarez vurub.

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Atletiko” turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün açılış matçında “Valensiya” səfərdə “Qranada”ya 1:2 hesabı ilə məğlub olub.

Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib.