Bakıda ev yandı, xəsarət alan var

31 Dekabr 2020 09:43 (UTC+04:00)

Bakının Qaradağ rayonunda ümumi sahəsi 73 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı müxtəlif xəsarətlər alan ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.