Moskvada daha 73 nəfər koronavirusdan öldü

31 Dekabr 2020 10:08 (UTC+04:00)

Moskvada son sutka ərzində daha 73 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 11 209-a çatıb.

Moskvada ümumilikdə 804 minə yaxın insan koronavirusa yoluxub, 622 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.