Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

31 Dekabr 2020 10:54 (UTC+04:00)

Çində son sutka ərzində daha 25 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 052-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 050 xəstə sağalıb.

Ölkədə 368 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-nın vəziyyəti ağır qiymətləndirilir.