Xatəmi iki namizədi birləşməyə çağırıb

9 İyun 2013 09:46 (UTC+04:00)


O deyib ki, bu iki nəfərin birləşməsi inkişaf və cəmiyyətin istəklərinə tabe olmaq deməkdir. Bu barədə Məhəmməd Xatəminin rəsmi xəbər saytı "khatami.ir" məlumat verir.

Məhəmməd Xatəmi ötən axşam bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş şəxslərlə görüşündə deyib ki, Ruhani və Arif birgə koalisiya yaratmalıdırlar və bir-birlərinə dəstək olmalıdırlar.
İran KİV-lərinin məlumatına görə, Məhəmməd Xatəminin prezidentliyi dövründə birinci müavin işləmiş Məhəmmədrza Arif və Xatəminin prezidentliyi dövründə nüvə məsələləri üzrə müzakirələrdə məsul şəxs olan Həsən Ruhaninin koalisiya yaradacağı ehtimal olunur.

Xatəmi həmçinin sabiq prezident və ölkənin Məsləhət Şurasının rəhbəri Əli Əkbər Haşimi Rəfsəncaninin səlahiyyətinin təsdiqlənməməsini tənqid edib. "Rəfsəncaninin səlahiyyətinin təsdiqlənməməsi cəmiyyət və xalq üçün yaranmış böyük fürsəti əllərindən aldı", -deyə Xatəmi bildirib.

İranda 11-ci çağırış prezident seçkilərində 686 nəfər namizədliyini irəli sürmüşdi ki, onlardan yalnız 8 nəfərin səlahiyyəti təsdiq olundu. Səlahiyyəti təsdiq olunmayanlar arasında İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin də adı var idi.

Xatəmi həmçinin İslahatçıları seçkilər günü səsvermədə aktiv iştirak edib

AzNews.az