20 Yanvar şəhidi ailələrinə verilən təqaüdün məbləği də artırıldı

31 Dekabr 2020 20:54 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edib.

AzNews.az xəbər verir ki, 20 Yanvar şəhidinin ailəsi üçün təsis edilən təqaüd 300 manatdan 500 manata qaldırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.