Merkel peyvənd üçün növbəsini gözləyir

31 Dekabr 2020 21:48 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel peyvənd kampaniyası çərçivəsində növbəsi çatanda özünün də peyvənd olunacağını açıqlayıb.

AzNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Yeni il münasibəti ilə xalqa müraciətində deyib: “Hər gün getdikcə daha çox insan peyvənd olunur, addım-addım digər yaş və peşə qruplarına - sonra da istəyən hər kəsə növbə çatacaq. Mən də öz növbəm çatanda peyvənd olunacağam”.

Merkel qeyd edib ki, peyvəndlər 2021-ci il üçün ümid simvollarından biridir.