İsraildə peyvənd olunanların sayı 1 milyona çatdı

1 Yanvar 2021 22:10 (UTC+04:00)

İsraildə Covid-19 peyvəndi tətbiq edilən vətəndaşların sayı 1 milyona çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu KİV-ə açıqlamasında bildirib. O qeyd edib ki, 9,3 milyon insanın yaşadığı ölkənin 10 faizindən çoxuna vaksin vurulub.

Qeyd edək ki, ölkədə peyvəndin tətbiqinə 20 dekabr tarixində start verilib.