“Real”da ciddi itki

2 Yanvar 2021 16:09 (UTC+04:00)

“Real” İspaniya La Liqasının 17-ci turu çərçivəsində bu gün “Selta” ilə qarşılaşacaq.

AzNews.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən matçda Serxio Ramosun xidmətindən istifadə etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçi “Selta” ilə oyunun heyətinə daxil edilməyib. “Marca” nəşrinin xəbərinə görə, Ramosun bugünkü oyunu buraxmasına səbəb onun mədəsində problem olmasıdır.

Mövsümün sonunda komandadan ayrılacağı iddia olunan Ramosun “Real”la müqaviləsi bu ilin iyuluna qədərdir.

“Real” – “Selta” matçı saat 00:00-da start götürəcək.