Erməni tərəfi 3 330 hərbçisinin öldüyünü təsdiqlədi

2 Yanvar 2021 23:08 (UTC+04:00)

Ermənistan Səhiyyə Nazirliyi II Qarabağ müharibəsində həlak olmuş 3 330 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizasını keçirib.

AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, müharibənin başladığı vaxtdan bu günə qədər həlak olmuş 1 441 şəxsin genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd tanınıb.