Ötən gün karantini pozduğuna görə cərimələnənlərin sayı açıqlandı

4 Yanvar 2021 13:45 (UTC+04:00)

Ötən gün ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 3-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.