2020-ci ilin rəmzi komandası açıqlandı

4 Yanvar 2021 22:46 (UTC+04:00)

Fransanın “Lequipe” nəşri 2020-ci ilin ən yaxşı futbolçularından ibarət rəmzi heyətini açıqlayıb.

AzNews.az xəbər verir ki, heyətdə “Barselona”nın futbolçusu Lionel Messiyə yer verilməyib:

Qapıçı: Manuel Noyer (“Bavariya”);

Müdafiəçilər: Alfonso Deyvis (“Bavariya”), Serxio Ramos (“Real”), Vircil van Deyk, Trent Aleksander-Arnold (hər ikisi “Liverpul”);

Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Bavariya”/“Liverpul”), Yozua Kimmix (“Bavariya”), Kevin de Breyne (“Mançester Siti”), Neymar (PSJ);

Hücumçular: Kristiano Ronaldo (“Yuventus”), Robert Levandovski (“Bavariya”).