Rusiyada daha 518 nəfər koronavirusdan öldü

5 Yanvar 2021 13:15 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 3,28 milyonu keçib.

Məlumata görə, ölkədə son sutka ərzində 24 246 nəfər virusa yoluxub, 518 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 284 384 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 59 506 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 662 668 şəxs virusdan sağalıb, 562 210 nəfərin müalicəsi isə davam edir.

AzNews.az