“Neftçi“yə keçid karyeramda ən pis qərarım idi“

9 İyun 2013 17:42 (UTC+04:00)


Azerisport.az xəbər verir ki, icarə əsasında paytaxt klubuna keçsə də, tez bir zamanda vətəninə dönüb Bakıya gəlmək istəməyən qapıçı həmin qərarı ilə bağlı bunları söyləyib:

"Mən bu komandada cəmi bir ay oldum, sonra geri qayıtdım. Mənə heç pul da ödəmədilər. "Neftçi"yə keçidim karyeramdakı ən pis qərarım oldu. Mən heç vaxt maliyyə amilini birinci pilləyə qoymuram. Artıq tezliklə "Omonia" ilə məşqlərə başlayacağam".

AzNews.az