Vaşinqtonda Trampın tərəfdarları aksiya keçirir

6 Yanvar 2021 19:43 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə nəticələnmiş nəticələrinə etiraz olaraq aksiyaya başlayıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, minlərlə insan Ağ Evdən cənuba doğru hərəkət etməyə başlayıb. Trampın çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Donald Tramp prezident seçkilərinin nəticələrini tanımadığını və nəticələrə yenidən baxılmasını tələb edir.