Benzin tək bizdə bahalaşmadı

7 Yanvar 2021 09:45 (UTC+04:00)

Türkiyədə bu gecədən etibarən benzinin bir litrinin qiyməti 11 kuruş (təxminən 2,6 qəpik- red) artacaq.

“Anadolu Agentliyi”nin yaydığı xəbərə görə, bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyinin (EPGİS) məlumatında deyilir.

Artımdan sonra Ankarada benzin 7,27 lirədən, İstanbulda 7,24 lirədən, İzmirdə 7,30 lirədən hesablanacaq. (“Qafqazinfo”)

AzNews.az