ÜST: Yoluxanların sayı 735 mindən çox artıb

8 Yanvar 2021 09:00 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 735 mindən çox artıb.

"TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 735 944 nəfər yeni koronavirusa yoluxub, 13 968 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 85 929 428, ölənlərin sayı isə 1 876 100 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

AzNews.az