“Çelsi”yə keçmək niyyətində deyiləm”

10 İyun 2013 07:19 (UTC+04:00)
"Çelsi"nin yeni transfer hədəfi Jores Okor mətbuata açıqlama verib. "Norşellann"ın danimarkalı müdafiəçisi İngiltərəyə getmək niyyətində olmadığını bildirib.

O, qərarını belə açıqlayıb: "Çelsi"nin təklifini qəbul etmədim.

Böyük klubdur, amma mənim gələcək planlarımda ilk 11-likdə forma geyinmək var.

Ehtiyat oyunçular skamyasında oturacağım kluba getmək istəmirəm".

Elvin
AzNews.az