Səudiyyə Ərəbistanı bu tarixədək sərhədlərini açmayacaq

8 Yanvar 2021 21:36 (UTC+04:00)

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar sərhədlərini martın 31-dək bağlı saxlayacaq.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin “Al Arabiya” kanalı ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Bildirilir ki, martın 31-dən sonra ölkənin digər dövlətlərlə gediş-gəlişi bərpa olunacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koronavirusun yeni mutasiyası səbəbindən ötən il dekabrın 21-dən etibarən beynəlxalq uçuşları dayandırıb, dəniz və quru sərhəd keçid məntəqələrini bağlayıb.