Bu ölkədə koronavirusa yoluxanların sayı 8 milyonu ötdü

9 Yanvar 2021 11:09 (UTC+04:00)

Braziliyada son sutka ərzində daha 52 035 nəfərdə koronavirus aşkarlanıb, 962 nəfər bu virusun qurbanı olub.

AzNews.az "TASS"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 8 013 708-ə, bu virusdan ölənlərin sayı isə 201 460-a yüksəlib.

İndiyədək 7 096 931 nəfər sağalıb. Ölkədə 715 317 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8 318-nin vəziyyəti ağır qiymətləndirilir.

Braziliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında üçüncü yeri tutur. Birinci yerdə ABŞ, ikinci yerdə isə Hindistan qərarlaşıb.