Brent fevraldan sonra ilk dəfə bu qədər bahalaşdı

9 Yanvar 2021 10:58 (UTC+04:00)

Brent markalı neftin qiyməti ötən il fevralın 25-dən sonra ilk dəfə 56 dolları keçib.

AzNews.az xəbər verir ki, “qara qızıl”ın bir bareli 2,81% bahalaşma ilə 56,09 dollara yüksəlib.

WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə bir barelə görə 2,75% bahalaşma ilə 52,23 dollar olub.