İranda son sutkada 6 minə yaxın yoluxma

9 Yanvar 2021 18:06 (UTC+04:00)

İranda son sutka ərzində daha 5 924 nəfərdə koronavirus aşkarlanıb, 82 nəfər vəfat edib.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 280 438-ə, virus qurbanlarının sayı isə 56 100-ə yüksəlib. İndiyədək 1 067 466 nəfər isə virusdan sağalıb.