Deputat Sahib Alıyev şəhid ailələrini ziyarət etdi - Fotolar

10 Yanvar 2021 12:47 (UTC+04:00)

Millət vəkili Sahib Alıyev Tərtər Rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elvin Umudovla birgə cümə günündən başlayaraq ikinci Qarabağ müharibəsində şəhid olmuş bütün tərtərlilərin ailələrini ziyarət edərək, problem və qayğıları ilə maraqlanıb.

AzNews.az xəbər verir ki, səsləndirilən bir sıra istəklər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə uyğun qurumlara müraciətlər hazırlanır, çox qısa zamanda hamısı göndəriləcək.