Dünyada peyvəndləmə ən çox Çində aparılıb

10 Yanvar 2021 23:57 (UTC+04:00)

Dünyada koronavirusla mübarizə çərçivəsində peyvəndləmə davam etdirilir.

AzNews.az xəbər verir ki, ölkələr içində ən çox peyvəndləmə Çində aparılıb. Belə ki, 9 milyon doza peyvənd insanlara vurulub.

Əhali sayına görə az olan ölkələrdən İsraildə də peyvəndləmə uğurlu tətbiq olunub. Ölkədə 100 nəfərə vurulan vaksin sayı 20 doza təşkil edir.