Dünyanın ən dəhşətli edam üsulları - FOTOSİLSİLƏ

10 İyun 2013 17:50 (UTC+04:00)
Dünyanın bir sıra ölkələrində hələ də mövcud olan edam hökmünün icrası üçün qədim zamanlardan müxtəlif dəhşətli metodlardan istifadə olunub.

Bunlardan ən çox istifadə edilənlər aşağıdakılardır:

Diri-diri basdırılma: Miladdan əvvəl bu edam növü həm tək-tək insanlar, həm də qrup halında günahkarlar üçün istifadə edilirdi. Qurban bir çuxura atılaraq diri-diri basdırılırdı.

Sement ayaqqablar:
Amerika mafiyası tərəfindən tətbiq edilən işgəncə üsuludur. Qurbanların ayaqlarına sement tökülərərk dənizə atılırdı.

Gilyotin: Edam məhkumunun başını kəsmək üçün hazırlanıb və 1792 – ci ildə ilk dəfə Jacques Nicholas Pelletier adlı bir oğrunu edam etmək üçün istifadə edilib.

Çarmıxa çəkilmə: Bir-birinin üzərinə çarpaz şəkildə bağlanmış iki taxtadan ibarətdir. Qədim zamanlarda dinə və rejimə qarşı çıxanlar əsasən çarmıxa çəkilməklə edam olunurdu.

Cümhuriyyət evliliyi: Bu siyahıda ən qorxulu ölüm kimi görünməyə bilər. Amma bununla yanaşı ən maraqlı edam və işgəncə növüdür. İlk dəfə Fransada icra edilib. Yaşları eyni olan qadın və kişini çılpaq çəkildə yerə yatırıb bir-birilərinə bağlayırdılar. Onların ətrafında su belə olmurdu və bu qurbanları ölümə sürükləyirdi.

İlan çuxuru: Tarixi bir edam üsuludur. Məhkumlar zəhərli ilanların olduğu çuxura atılırdı. İlanların hücumuna məruz qalan məhkumun ölümü uzun sürmürdü.

Pişik caynaqları: Pişik caynaqlarını xatırladan işgəncə aləti qurbanın bədənindəki əti sümükdən ayırmaq üçün istifadə edilirdi.

Yandırmaq: Əsasən vətənə xəyanət ittihamı ilə edama məhkum edilənləri bu üsuldan istifadə etməklə öldürürdülər. Əsasən 18-ci əsrdə istifadə edilən bu edam növü daha sonra falçılara da şamil edilməyə başladı. Qurban şəhərin mərkəzində ağaca başlanaraq diri-diri yandırılırdı.

Boyunbağı: Əsasən Güney Afrikada istifadə edilib və hələ də istifadə olunur. Kiçik bir lastik benzinlə doldurulur, qurbanın boynuna keçirilərək yandırılır.

Filli işgəncə: Cənub və cənub-şərqi Asiyada istifadə edilir. Burada uzun müddət fillərdən edam aləti kimi istifadə olunub. Fillərdən edam vasitəsi kimi istifadə edilməsi üçün onlar iki qrupa ayrılırdı. Bir qrup fil qurbanın üzərinə çıxaraq onu yavaş-yavaş tapdalamaqla öldürürdü. Digər qrup fillər isə qurbanın daha tez can verməsi üçün təlim görürdü.

Kolumbiya qalstuku: Bu edam üsulu ən qanlı üsullardan biridir. Hər hansı bir alətlə qurbanın boğazı kəsilir, dili kəsilən yerdən çölə çıxarılır. Boğazdan çıxarılan dil qalstuka bənzəyir.

Tabut işgəncəsi: Zaman-zaman filmlərdə də yer alıb. Günahkar öz bədəni şəklində metaldan hazırlanan bir qutunun içinə yerləşdirilir. Daha sonra qurbanın da içində olduğu qəfəs divardan asılır.

Döş kəlbətini: Əsasən qadınlar üzərində işgəncə aparmaq üçün istifadə edilib. Dəhşətli dərəcədə ağrı verən bu işgəncə aləti qadınlaırn döşünü bir anda bədəndən ayırmağa qadirdir. Əsasən zina və qadağan edilən aborta yol verən qadınlara tətbiq olunub.

Sümük qıran təkərlik: "Katarina təkərliyi" adı ilə də tanınır. Qurbanın qol və ayaqları təxta təkər üzərinə bağlanır. Təkərlik fırlandıqca qurban dəmirlə döyülür. Zərbələr qurbanın qol və ayaqlarını bədənindən ayırır.

Elnarə Əlosmanqızı
AzNews.az