Ağ Ev Konqres binasına şiddətlə girən ABŞ Prezidenti Donald Tramp tərəfdarlarına qarşı müdaxilə edən polis məmurlarını şərəfləndirmək üçün bayraqların endirilməsini əmr edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının böyük bir qrupuna qarşı müdaxilə etmək vəzifəsində olan polis məmurları Brian Sicknick və Howard Liebengood üçün ABŞ bayrağı yarıya endirilib.
Sicknick Trump tərəfdarları tərəfindən Konqresin basqını zamanı ölüb. Liebengoodun isə vəzifəsindən kənarda öldüyü bildirilsə də, ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Səidə
AzNews.az