Rəisin qardaşının obyektində oğurluq hadisəsi qeydə alındı - Foto

10 İyun 2013 08:40 (UTC+04:00)
Bakının Nizami rayonu ərazisində yerləşən böyük marketdə oğurluq olub.

Qara Qarayev prospekti, 74 saylı binanın qarşısında yerləşən "Lüks market" gecə qarət olunub. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəliblər.

Polis bölməsindən aldığımız məlumata görə, marketdən nə oğurlandığı barədə məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları gediblər.

Marketin Bakının polis idarələrindən birinin rəisinin qardaşına məxsus olduğu bildirilir.//milli.az//

AzNews.az