15 yaşlı uşaq valideynlərinin gözü önündə edam edildi
10 İyun 2013 08:54 (UTC+04:00)
"Syrian Observatory for Human Rights" təşkilatının məlumatına görə, qətli "Cəbhat ən-nusra" təşkilatının üzvləri törədib.
15 yaşlı Məhəmməd Kata Alepponun rayonlarından birində kofe satırmış. Deyilənə görə, o, iştirak etdiyi küçə davalarından birində bu ifadəni işlədib: "Əgər Məhəmməd peyğəmbər də gəlsə mən dindar olmayacağam".
Bu sözü eşidən silahlılar isə ona ölüm hökmü çıxarıblar. 15 yaşlı uşaq valideynlərinin gözü qarşısında güllələnib.
Elnarə
AzNews.az