BAXCP-də yeni təyinat

11 Yanvar 2021 19:14 (UTC+04:00)

Tanınmış jurnalist Əli Həziquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini vəzifəsinə təyin edilib. Əli Həziquliyev BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələrinə məsul olacaq.

AzNews.az bildirir ki, Əli Həziquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, “Elçi” qəzetinin və eyni adlı saytın baş redaktorudur.

BAXCP-nin ilk qurultayından partiyanın sıralarında təmsil olunur. Daha əvvəllər BAXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü olub.