Bakıda toyda faciə

10 İyun 2013 09:07 (UTC+04:00)


İyunun 9-da Bakı şəhərinin Səbail rayonu ərazisində keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Rayon polis İdarəsindən verilən məlumata görə, Badamdar qəsəbəsində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı 1951-ci il təvəllüdlü Səfərəliyeva Aliyə Qüdrət qızının halı qəfil pisləşib.

Bir neçə dəqiqədən sonra qadın dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, artıq gec olub.

İlkin məlumata görə, 62 yaşlı qadın ürək tutmasından vəfat edib. Ölüm hadisəsinə görə məclis tez yekunlaşdırılıb.//lent.az//

AzNews.az