Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi

12 Yanvar 2021 11:10 (UTC+04:00)

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevə yeni vəzifə verilib.

Məlumata görə, o, Qubadlı rayon Prokurorluğuna müstəntiq təyin edilib.

Qeyd edək ki, Məhəmməd Hacıyev bundan öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışırdı. Onun atası həbs ediləndə, Məhəmməd Hacıyevin öz ərizəsi ilə işdən çıxdığı bildirilirdi. (Qafqazinfo)

AzNews.az