Netanyahu Trampla fotosunu sildi

12 Yanvar 2021 15:46 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu tvitterdə Donald Trampla olan fotosunu silib.

Xəbərə görə, o, Ağ Evdən getməyə hazırlaşan Prezidentlə şəklini yenisi ilə əvəzləyib. Belə ki, Netanyahu hesabının arxa planına (cover) koronavirus vaksininin tətbiqi zamanı lentə alınan görüntüsünü yerləşdirib.

Qeyd edək ki, Baş nazir Trampın Prezident seçkilərində məğlub olmasına baxmayaraq, uzun müddət onunla birgə fotosunu tvitterdə saxlamışdı.

Netanyahunun tez-tez “İsrailin ən yaxşı dostu” adlandırdığı Tramp vəzifədə olduğu müddətdə İsrail lehinə bir çox addım atıb. O, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək, Qüdsü İsrailin paytaxtı kimi tanımaq və Fələstinə maliyyə yardımını azaltmaq kimi qərarlar verib. (“Qafqazinfo”)