Sığınacaqdakı qadının qohumları əməkdaşı döydü - Foto

12 Yanvar 2021 17:37 (UTC+04:00)

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi​nə hücum edilib.

Xəbərə görə, bu barədə sığınacağın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd edilib ki, həmin sığınacaqda yerləşdirilən bir qadının qohumları - əri H.Primov, qayınanası S.Primova və baldızı ora gələrək mübahisə ediblər. İddiaya görə, adıçəkilən şəxslər sığınacağın qadın əməkdaşını döyərək xəsarət yetiriblər.

Hadisə ilə bağlı DİN-ə müraciət edilib, ərazi üzrə polis bölməsinin əməkdaşları sığınacağa cəlb edilib. ("Qafqazinfo”)