Brilliant Dadaşovadan şok sözlər: “Mənə sataşıb...“

12 Yanvar 2021 18:34 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova şou-proqramlarda çıxış etməyə qarşı olduğunu deyib.

AzNews.az xəbər verir ki, sənətçi bu barədə Kazım Sübhanın "MTV özəl" proqramında qonaq olarkən danışıb:

“Sənətimin hər dövründə gedib restoranda oxumağı qəbul etməmişəm. Ya Yeni il, ya Novruz bayramında bir gün olar. Amma hər gün yox. Toylarda isə olar. Çünki burada anamız, bibimiz, xalamız olur, seçmə insanlarımız ora yığışır. Maqazin verilişləri mənim yerim deyil, çünki mən sənət adamıyam. Ona görə də maqazin proqramları hər zaman məni qılınclayıblar. Hər maqazin verilişində mənə sataşıb, nalayiq süjet hazırlayıb, təhqir ediblər. Cavab verməmişəm, sadəcə baxmışam".