“Məhkəmə hələ bitməyib”

10 İyun 2013 09:48 (UTC+04:00)


Bu barədə Modern.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, Quba hadisələrində təqsirləndirilənlərin məhkəmələri davam edir. "Quba hadisələrinə görə, təqsirləndirilənlərin bəziləri Apelyasiya Məhkəməsinə, bəziləri Ali Məhkəməyə müraciət ediblər. İşlər həmin məhkəmələrdə baxılır. Yəni iş hələ yekunlaşmayıb. Proses davam edir", – deyə Vahid Əhmədov bildirib.

Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən iğtişaşları törətməkdə təqsirləndirilən 8 nəfər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2, 233, 315.2 maddələrinin tələblərini pozmaqda ittiham olunurlar. İttiham sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

AzNews.az