Prezident Sadır Japarovu təbrik etdi

12 Yanvar 2021 20:36 (UTC+04:00)

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".