Çində 115 nəfər yoluxub

13 Yanvar 2021 09:00 (UTC+04:00)

Çində son sutka ərzində daha 115 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 706-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 288 xəstə sağalıb.

Ölkədə 784 aktiv koronavirus xəstəsi var ki, onlardan da 21-nin vəziyyəti ağır qiymətləndirilir. (“Qafqazinfo”)