Pompeo: "İran Əl-Qaidənin yeni bazasıdır"

13 Yanvar 2021 09:31 (UTC+04:00)

“İran Əl-Qaidə terror qruplaşması üçün yeni bir bazaya çevrilib”.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonun Milli Mətbuat Klubunda çıxışı zamanı deyib.

M. Pompeo sözügedən terror qruplaşmasının hazırki lideri Ayman əz-Zəvahirinin də İranda olduğunu bildirib.

“Bu, ciddi bir təhlükə yaradır. Əslində İranın Əl-Qaidənin coğrafi mərkəzi olaraq yeni Əfqanıstan olduğunu deyərdim, ancaq vəziyyət daha pisdir", - deyə Dövlət katibi vurğulayıb.