“Telegram”a axın etmək ağıllı qərar deyil” - Texnobloger

13 Yanvar 2021 09:35 (UTC+04:00)

“Kor təbii şəkildə “Telegram”a axın etmək ağıllı qərar deyil”.

AzNews.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas qeyd edib.

O, “WhatsApp” və “Telegram” arasında ən önəmli gizlilik fərqini sadə şəkildə izah edib:

“Öz istifadə etdiyiniz mobil nömrənizlə “WhatsApp” hesabınızı başqa bir smartfonda açın. Bu zaman görəcəksiniz ki, hesab tam boşdur. Heç bir yazışma yoxdur. Amma öz nömrənizlə “Telegram” hesabınızı başqa bir cihazda açın, bu zaman bütün yazışma və çatların həmin telefonda da açıldığını görəcəksiniz”.

Texnobloger “Telegram” hesabının sosial şəbəkə məntiqi ilə saxladığını vurğulayıb:

“Yəni, siz telefon nömrənizi başqasına versəz və ya hesabınız oğurlansa, çatlarınız oxunacaq. Lakin, “WhatsApp” üçün bu keçərli deyil. Çünki “Whatsapp” məlumatları serverində yox, istifadəçisinin cloud yaddaşında saxlayır. Son zamanlar çoxlu “WhatsApp” hesabı oğurlansa da heç kəsin yazışmaları ortaya çıxmadı. Səbəb də dediyim bu məntiq idi. Əlavə olaraq “Telegram” “WhatsApp”dan fərqli olaraq qrup mesajlarını şifrələmir. Yəni məsələyə texniki hakim olmadan qərar vermək doğru deyil. Şəxs olaraq mən Marka daha çox güvənirəm, nəinki rusların Zuckerbergi sayılan Durova”.

Səidə

AzNews.az