Ceyhun Bayramov Pakistandadır

13 Yanvar 2021 10:39 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

AzNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", Leyla Abdullayeva qeyd edib.