Azərbaycanda müşavirə yüksək vəzifə verildi

13 Yanvar 2021 11:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

Bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Elxan Mikayılov agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

O bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı. (oxu.az)

AzNews.az