Sergey Markovdan Dağlıq Qarabağla bağlı sensasion açıqlama

13 Yanvar 2021 11:21 (UTC+04:00)

"Rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur".

AzNews.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Dağlıq Qarabağla bağlı prosesləri şərh edərkən deyib.

O bildirib ki, birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın nəzarətində olan ərazilərinin 40 faizini işğaldan azad edib: "İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz müzəffər ordusunun təzyiqi ilə 30 faiz ərazini hərbi əməliyyatlar aparmadan qaytarmış oldu. Hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Azərbaycan bu ərazini daha hərbi yolla deyil, hətta siyasi-diplomatik yolla da deyil, ancaq iqtisadi yolla, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi yolu ilə qaytaracaq”.