Mərkəzi Bank üçün 218 milyon avroya yeni bina tikiləcək

13 Yanvar 2021 16:26 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin “Tekfen” şirkəti tərəfindən inşa ediləcək.

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının açıqlamasında deyilir.

Qeyd olunur ki, AMB-nin yeni inzibati binasının mühəndis, avadanlıq və material təchizatı, həmçinin “açar” təslim-tikinti işləri üzrə keçirilən tenderin qalibi “Tekfen Holding”ə daxil olan “Tekfen İnşaat ve Tesisat A.Ş.” şirkəti olub. (APA-Economics)

AzNews.az