Bu küçəyə Polad Həşimovun adı verildi - FOTO

13 Yanvar 2021 18:28 (UTC+04:00)

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovunadı verilib.

AzNews.az-ın məlumatına görə, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.
O, Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalıdır.

Polad Həşimova Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Şəhid general II Fəxri Xiyabanda dəfn olunub.