Əməkdar artist koronavirusdan dünyasını dəyişib

13 Yanvar 2021 19:58 (UTC+04:00)

Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

AzNews.az bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun koronavirusdan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib. 2009-cu ildə Əməkdar Artist fəxri adına layiq görülüb.