Şəhidimiz dəfn olundu - FOTOLAR

13 Yanvar 2021 20:19 (UTC+04:00)

Bu gün Vətən müharibəsində itkin düşmüş və sonradan DNT analizi ilə kimliyi təsdiqlənmiş şəhid İkram Ehtiram oğlu Məmmədov doğulduğu Xaçmazın Çiləgir kəndində dəfn edilib.

AzNews.az xəbər verir ki, Füzuli rayonu ətrafında gedən döyüşlərdə yaralanaraq şəhid olan 19 yaşlı İkram Məmmədov oktyabrın 13-dən itkin düşmüş hesab olunurdu. Şəhidin dəfn mərasimində rayon İcra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.

Xaçmaz İH başçısı Elnur Rzayev şəhidlərin xatirəsinin həmişə əziz tutulacağını, İkram kimi igid oğulların heç vaxt unudulmayacağını deyib.

Elnur Rzayev şəhidin nəşi bükülmüş Azərbaycanın Dövlət Bayrağını İkram Məmmədovun atası Ehtiram Məmmədova təqdim edib.

Məlumat üçün bildirək ki, 19 yaşlı İkram Məmmədov beş aydır ki, hərbi xidmətə yollanmışdı. Qəhrəmancasına şəhid olan İkram Məmmədov Xaçmazın Vətən Müharibəsində həyatını itirən 47-ci şəhididir.