Türkiyə peyvəndə başlayır, ilk vaksin nazirə vurulacaq

13 Yanvar 2021 21:37 (UTC+04:00)

Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Qurumu ölkədə təcili peyvəndlənmə prosesinin başlanmasına qərar verib.

AzNews.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qurumun qərarını səhiyyə naziri Fəxrəddin Qoca Elmi Komitənin iclasından sonra açıqlayıb. O bildirilib ki, ölkəyə gətirilən CoronaVac vaksininin 14 günlük təhlükəsizlik testi başa çatıb.

“Əvvəlcə özümün vaksin vurdurcağımı sizə demişdim. Bir azdan sizin qarşınızda Komitə üzvlərimizdən koronavirus xəstəliyini keçirmiş, yaxud könüllü olanlarla birlikdə peyvənd olunacağıq. Sabahdan etibarən bütün tibb işçilərinə vaksinin vurulmasına başlanılacaq”, - deyə nazir qeyd edib.

F.Qocanın sözlərinə görə, onun bu addımı vətəndaşları motivasiya edəcək.