ABŞ-dan İrana yeni sanksiyalar

13 Yanvar 2021 23:57 (UTC+04:00)

Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.

AzNews.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi qərar verib.

Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.

İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.