Berluskoni xəstəxanaya yerləşdirildi

14 Yanvar 2021 23:43 (UTC+04:00)

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Monakoda xəstəxanaya yerləşdirilib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 84 yaşlı siyasətçi ürək problemi yaşayır. Hazırda o, müayinə olunur.

Xatırladaq ki, Berlsukoni ötən ilin sentyabrında koronavirusa yoluxmuşdu. Bundan başqa, o, bir il əvvəl ağır ürək əməliyyatı keçirib.