“Netflix” Azərbaycandan bəhs edən serial çəkdi - VİDEO

15 Yanvar 2021 12:00 (UTC+04:00)

Məşhur “Netflix” platformasında Azərbaycandan bəhs edən serial yayımlanacaq.

AzNews.az xəbər verir ki, serialın ilk yayımı 11 fevralda baş tutacaq.

Serial azərbaycanlı Samir və İndoneziyadan Bakıya gəlib müəllim işləyən Laylanın sevgisindən bəhs edir.

Qeyd edək ki, filmdə Bakının görkəmli yerlərində çəkilmiş səhnələr yer alıb.

Səidə

AzNews.az